Türkiyə və Ermənistan münasibətlərini müzakirə ediblər
İki ölkənin nümayəndə heyəti Vyanada ATƏT-in qış sessiyasında bir araya gəliblər

Türkiyə və Ermənistan nümayəndə heyətləri ATƏT Parlament Assambleyasının bu gün Vyanada (Avstriya) keçirilən qış sessiyasında görüşüblər. Ermənistanın hakim Mülki Müqavilə Partiyasının katibi Ovannisyanın sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı məsələlər müzakirə olunub.
O qeyd edib ki, danışıqlarda əsas mövzular regionda yolların və digər infrastrukturların blokdan çıxarılması, eləcə də İrəvan və Ankara arasında iqtisadi əlaqələrin inkişafı məsələləri olub.