Zurabişvilini istefaya göndərmək mümkün olmadı
Parlamentdə səsvermə zamanı Gürcüstan Prezidentinin ipiçment qərarına 15 səs çatmayıb
Gürcüstan parlamentinin 100-dən az üzvü prezident Salome Zurabişvilinin istefaya göndərilməsinə səs verdiyi üçün impiçment baş tutmayıb.
Səsvermənin nəticələrinə görə, 86 deputat impiçmentin lehinə, biri isə əleyhinə çıxıb. Prezidentin vəzifədən kənarlaşdırılması üçün 150 səsdən ən azı 100-nün, yəni parlamentin üçdə ikisinin səsi lazım idi.