Paşinyan uydurma “Qarabağ hökuməti”ni təhdid sayır
O bəyan edib ki, Ermənistan heç bir “mühacirətdə olan Qarabağ hökumətini” tanımır
Ermənistan heç bir “mühacirətdə olan Qarabağ hökumətini” tanımır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Belə bəyanatlar milli təhlükəsizliyə təhdiddir”, - Ermənistan lideri hesab edir.
O həm də vurğulayıb ki, "lazım gələrsə, xarici qüvvələrin Ermənistanın təhlükəsizliyinə təhdidlər yaratmaq üçün müəyyən dairələrdən istifadə etməməsi üçün tədbirlər görüləcək”.
Bir müddət əvvəl Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan Fransanın “Le Figaro” qəzetinə müsahibəsində İrəvanda “mühacirətdə olan Qarabağ hökuməti”nin olduğunu bildirib.
Bundan əlavə Şahramanyana İrəvandakı Rusiya səfirliyində "rəsmi" şəxs kimi "Crocus" terroru ilə bağlı matəm kitabına öz başsağlığı mətnini yazmağa şərait yaradılıb.