Tehranın mərkəzində qondarma "soyqırım"a heykəl qoyulub
Heykəl Şuşada yerləşən "Qazançı" kilsəsi formasındadır
"Tehranın mərkəzində (qondarma- ANS Press) erməni soyqırımı qurbanlarının xatirəsinə heykəl ucaldılıb" - İranın İSNA agentliyi yazır.
Abidənin forması 1915-ci ildə Osmanlı imperiyasında baş verənlərə heç bir aidiyyəti yoxdur, cünki heykəl Şuşadakı "Qazançı" kilsəsi formasında hazırlanıb. Bu da molla rejiminin məhz Azərbaycana qarşı atdığı növbəti təxribatçı addım olduğunu sübut edir.