"Qarabağın dövlət strukturları"nın fəaliyyəti nəyə lazımdır?
Ermənistan prezidenti özünü buraxan separatçıları məyus etdi
Ermənistan prezidenti Vahaqn Xaçaturyan özünü buraxmış qondarma rejimin "dövlət strukturları" barədə danışıb.
Bu barədə "Sputnik Armenia" xəbər yayıb.
Xaçaturyan ləğv olunmuş separatizmi yenidən dirçəltmək istəyənləri məyus edib.
"Qarabağın dövlət strukturları"nın fəaliyyəti nəyə lazımdır? Ermənistan Respublikası var və onun bütün dövlət institutları fəaliyyət göstərir", - deyə o qeyd edib.
Xatırladaq ki, 19-20 sentyabr tarixlərini əhatə edən antiterror tədbirlərindən sonra həmin ayın 28-də separatçıların "sabiq prezidenti" Samvel Şahramanyan bütün "dövlət qurumlarının" 1 yanvar 2024-cü ilədək özünü buraxması barədə qərara imza atıb.