Hazırda Xorenatsi küçəsi, Tiqran Mets və Azatutyan prospektləri bağlanıb.
“Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları İrəvanda itaətsizlik aksiyalarına başlayıb, şəhər yol qovşaqlarında tıxac yaradıblar. Bu barədə "Sputnik Armenia" xəbər verib.
Etirazçıları Qay prospekti və Pobeda körpüsünü bağlamaq niyyətinin olduğu da bildirilir.
Polis aksiyaçıları Azatutyan prospektindən qovub.
Qeyd edək ki, bir gün əvvəl “Vətən üçün Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları itaətsizlik aksiyalarına başlamağa çağırmışdı. Təşkilatçılar ən azı on yerdə yolların və küçələrin bağlanacağını bildiriblər. Bundan əlavə, polis baş nazir Nikol Paşinyanın yaxın saatlarda 7 saylı məktəbə baş çəkməli olduğu Eçmiədzində silah və sursat daşımaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İrəvanda polis tərəfindən saxlanılan fəalların sayı 41-ə çatıb.
Qeyd edək ki, etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər.