XƏBƏRLƏR / Qonşular

İranın Ermənistandakı səfiri ermənilərdən bərk narazıdır

Xəlil Şirqolami bildirib ki, Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib

İranın Ermənistandakı səfiri ermənilərdən bərk narazıdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Iranın Ermənistandakı yeni təyin olunmuş səfiri Xəlil Şirqolami İrəvanda mətbuat konfransı keçirib.

    Mətbuat konfransı zamanı Xəlil Şirqolami bildirib ki, Tehran Ermənistanın İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilməsindən şübhələnməyə başlayır, çünki səfirin dediyi kimi:

    "Bəzi insanların Ermənistandakı İran səfirliyinə gəlib hörmətsiz və təhqiramiz ifadələr işlətmək imkanı var. Altı gündür ki, saat 18:00-dan 21:00-dək İran səfirliyinin qarşısında hörmətsiz və təhqiramiz ifadələr səsləndirilir və etirazlarımıza baxmayaraq, bu proses davam edir.

    Bu gün biz çox ağır vəziyyətdəyik və Ermənistandakı İran səfirliyinin qarşısında baş verənlər İran xalqının tarixi yaddaşında qalacaq. Düşünürəm ki, mən öz fikirimi aydın bildirdim".

    Səfir Ermənistandan keçəcək TRİPP marşrutu haqda da fikir bildirib. Şirqolami ABŞ-ın İrana qarşı istifadə edə biləcəyi TRIPP-in yaradılması ilə bağlı İranın narahatlığını bir daha təkrarlayıb. Tehranın narahatlığı erməni həmkarlarına çatdırılıb. Tərəflər "Tramp marşrutu"nun əhatə dairəsini anlamaq üçün bu məsələni müntəzəm olaraq müzakirə etmək barədə razılığa gəliblər.