Paşinyan Ermənistana yeni Konstitusiya lazım olduğunu deyib
Bu gün Ermənistanda Konstitusiya günüdür
Baş nazir Nikol Paşinyan Konstitusiya günü münasibəti ilə xalqı təbrik edib.
O, Ermənistanın yeni Konstitusiyasının hazırlanmasının zəruriliyini bəyan edib.
Daha sonra təbrikdə deyilir: “Ölkənin yeni Əsas Qanuna ehtiyacı var. Hazırkı Konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud Konstitusiyanın onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında fikirlərini əks etdirdiyinə inanmırlar, ona hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar.
Mövzu indi həm ölkə daxilində, həm də xaricdə çox manipulyasiya olunur. Ancaq biz dövləti möhkəmlətməyə, onu institusional, psixoloji və fiziki cəhətdən toxunulmaz hala gətirməyə doğru addımlamalıyıq. Bu çətin, lakin şərəfli yoldur və biz düzgün istiqamətdə gedirik".