Binokl-şounun aqıbəti İrəvanla Aİ arasında müzakirə olunacaq
Bunu Aİ-nin Xarici Siyasət sözçüsü Anita Hipper bəyan edib

Aİ-nin Xarici Siyasəti üzrə rəsmi nüayəndəsi Anita Hipper: Aİ-nin Ermənistandakı Monitorinq və Kəşfiyyat Missiyası (EUMA) fəaliyyətini davam etdirəcək və onun mandatında mümkün dəyişikliklər Ermənistanla Aİ arasında müzakirə olunacaq.
“Misiyanın mandatı Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerdəki vəziyyətin monitorinqi və hesabat verməkdən ibarətdir”, - deyən Aİ sözçüsü Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışladığını və tərəfləri mümkün qədər tez bir zamanda imzalayıb ratifikasiya etməyə çağırdığını bildirib.