İranda yeni müvəqqəti Ali Lider seçildi
Ayətullah Əli Rza Arafi İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək
14:46
Ayətullah Əli Rza Arafi İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
İran mediası xəbər verir ki, bu gün Ekspertlər Şurasının iclasında Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.
Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib. Ayətullah Əli Rza Arafi müvəqqəti Ali Liderin səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.
***
11:51
İranda bu gün Ali Liderin seçilməsi üçün Ekspertlər Şurasının iclası keçiriləcək.
“Mehr” xəbər verir ki, bu barədə Iran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani məlumat verib.

Qeyd edilib ki,Əli Xameneinin varisi seçilənədək Ali Liderin səlahiyyətlərini icra edəcək Müvəqqəti Rəhbərlik Şurası da formalaşdırılacaq.
Məlumata görə, şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olacaq.
1 dəqiqə