Latviya Rusiyaya aparan dəmir yollarını sökmək istəyir
Bunu Latviya Prezidenti Edqars Rinkeviçs bəyan edib
Latviya Rusiyaya aparan dəmir yolu xətlərinin tamamilə sökülməsini nəzərdən keçirir.
Latviya Prezidenti Edqars Rinkeviçs bildirib ki, dəmir yolu xəttinin sökülməsi ilə bağlı daha dəqiq məlumat 2026-cı ilin əvvəlində gözlənilir.
"Milli müdafiə və təhlükəsizliyin gücləndirilməsi üçün heç bir variantı istisna edə bilmərik, lakin bu cür qərarlar işin müddəti və əhatə dairəsi, eləcə də onların müxtəlif sosial-iqtisadi aspektlərə təsirinin qiymətləndirilməsi nəzərə alınmaqla qəbul edilməlidir", - deyə Latviya Prezidenti bildirib.
1 dəqiqədən az