Qarabağın xəritəsi və bayrağı mütləq müharibəyə səbəb olacaq
Bunu parlamentdəki çıxışında Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib
Ermənistanın Baş naziri Nikol Paşinyan revanşist güvvələrin hakimiyyətə can atmasının ölkə üçün çox təhlükəli olduğu haqda Parlamentdə çıxış edib.
Paşinyan:
"Üçbaşlı müharibə partiyası"nın (Koçaryan, Karapetyan və Tsarukyan — ANS Press) nümayəndələri bir-birinin ardınca, bir-birlərinə güzəştə getmədən, sülh şərtlərinin yenidən nəzərdən keçirilməsi barədə danışırlar, guya onu daha yaxşı etmək niyyətindədirlər.
Bəs kim dedi ki, bu düzəliş sənədi təkmilləşdirəcək?

Bu gün şərtlərin yenidən nəzərdən keçirilməsi barədə danışan qüvvələr Qarabağı və ətraf rayonları əhatə edən və bunu simvolizə edən bayraqları olan xəritələr təqdim edirlər. Bu məntiqin inkişafı qaçılmaz bir müharibədir.
Digər qüvvələr də eyni simvollar və şüarlar altında çıxış edərək, Ermənistanın özünü beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometr ərazisi ilə məhdudlaşdırmamalı olduğunu iddia edirlər. Bu məntiqin inkişafı da qaçılmaz olaraq müharibəyə gətirib çıxaracaq. Bu, axı ali riyaziyat elmi deyil, bu, çox sadə bir məntiqdir və biz bu məntiqi tariximizin əvvəlki dövründə görmüşük. Başqa sözlə, bu, təkçə bir nəzəriyyə deyil, reallıqdır!".
1 dəqiqə