Paşinyan seçkilərdə Baş nazir vəzifəsinə namizəd olacaq
Ermənistanın Baş naziri bu barədə bu gün jurnalistlərə açıqlamasında deyib
Nikol Paşinyan 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasından Baş nazir postuna namizəd olacağını bildirib.
“news.am” xəbər verir ki, Ermənistanın Baş naziri bu barədə bu gün jurnalistlərə açıqlamasında deyib.
Paşinyan əmin edib ki, "Vətəndaş Müqaviləsi" partiyası seçki proseslərinin açıq və şəffaf şəkildə keçirildiyi və qərarların kollegial şəkildə qəbul edildiyi demokratik partiyadır.
O, həmçinin deyib ki, "Ermənistan xalqı" 2026-cı il parlament seçkilərində böyük qələbə qazanacaq.
Paşinyan əlavə edib ki, Ermənistan xalqının 2026-cı il parlament seçkilərində mütləq qalib gələcəyinə son dərəcə əmindir və faktiki olaraq yalnız tərəfdarlarını "xalq" adlandırır.
Paşinyan heç bir seçkidə başqa məqsədlər güdmədiyini bildirib. O, əlavə edib ki, bu prinsip mövcud olmağa davam edəcək.
"Əgər kimsə özünü onlardan qorxduğuma inandırmaq istəyirsə, bu, onların problemidir", - deyə Nikol Paşinyan həbs olunmuş iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Po-Naşemu" hərəkatı ilə bağlı sualı cavablandırarkən bildirib.
1 dəqiqə