XƏBƏRLƏR / Qonşular

Aşqabadda beynəlxalq forum keçirilir

Doqquz ölkənin dövlət başçısı Türkmənistana gəlib

Aşqabadda beynəlxalq forum keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkmənistanın paytaxtı Aşqabadda türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş “Dövrlərin və sivilizasiyaların qarşılıqlı münasibətləri – sülhün və inkişafın əsasıdır” Beynəlxalq Forumunun plenar iclası keçirilir.

    Türkmən mənbələrinin yazdığına görə, Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevi, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin Ticarət və Sənaye Palatasının böyük konfrans salonunda toplaşıblar.

    Qonaqlar arasında Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin sədri, Rusiya Federasiyası Tatarıstan Respublikasının rəhbəri, YUNESKO-nun Baş Konfransının sədri, beynəlxalq təşkilatların rəhbərləri, xarici hökumətlərin üzvləri, tanınmış alimlər, mədəniyyət xadimləri və diplomatlar.da var.

    Rusiya Prezidenti Vladimir Putin ikitərəfli əməkdaşlıq məsələlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün İran Prezidenti Məsud Pezeşkianla görüşmək niyyətindədir.

    Qeyd edək ki, tədbirdə çəkilən "ailə şəkli"ndə Azərbaycan nümayəndələri yoxdur. Rusiya mənbələri Aşqabaddakı forumda Azərbaycan nümayəndə heyətinin iştirak etdiyini yazsa da, türkmən mənbələrində ölkəmizin adı ümumiyyətlə çəkilmir.