Ermənistan KTMT-nin işində nə iştirak edir, nə də çıxır
Bu barədə Xarici İşlər Nazirinin müavini Mnatsakan Safaryan danışıb
Xarici İşlər Nazirinin müavini Mnatsakan Safaryan: Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması müzakirə mövzusu deyil.
"Ermənistanın KTMT ilə bağlı siyasəti əvvəllər bildirilmişdi: biz iştirak etmirik, eyni zamanda qərarların və sənədlərin qəbul edilməsinə də mane olmuruq", - deyə Safaryan bildirib.
Ermənistanın niyə təşkilatdan çıxmadığı sualına cavab olaraq nazir müavini qeyd edib ki, Yerevan hazırda məhz bu mövqeyi tutur.
"Ermənistan xarici siyasətini öz maraqlarına və mövcud vəziyyətə əsaslanaraq qurur", - Safaryan vurğulayıb.
1 dəqiqədən az