Hakan Fidan İrəvanla münasibətlərin normallaşdırılması haqda
Türkiyənin xarici işlər naziri Ermənistana ölkəsinin şərtlərini bir daha xatırladıb
Türkiyə Xarici İşlər Nazirliyi İrəvana münasibətlərin normallaşdırılması şərtlərini bir daha xatırladıb.
"Cənubi Qafqazda sabitliyin, rifahın və təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin paralel olaraq irəliləməsi vacibdir", - Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Türkiyənin xarici işlər naziri həmçinin qeyd edib ki, Ankara enerji mərkəzi ölkə kimi regionda mövqeyini möhkəmləndirməyə davam edəcək.