Ermənistan parlamentinin iclasında ənənəvi qaydasız döyüşlər
Müxalifətlə iqtidarın əlbəyaxa "debatı" canlı yayımda efirə gedib VİDEO
Ermənistan parlaentində kütləvi dava baş verib. Bu dava hökumətyönlü deputatla müxalif "Güclü Ermənistan" fraksiyasının rəhbəri arasında baş verən toqquşmadan sonra başlayıb. VİDEO1 VİDEO2

Çıxışı zamanı Taron Çaxoyan müxalifət haqqında sərt fikirlər söyləyib, bundan sonra onunla Narek Karapetyan arasında şifahi mübahisə başlayıb və bu ağızlaşma tammiqyaslı davaya çevrilib.

Parlamentin spikeri Ruben Rubinyan fasilə elan etməkdən imtina edib və "bunu hamı görməlidir" deyib. Lakin yumruqlar havaya qalxmağa başlayandan və bir deputat zalda yıxıldıqdan sonra yayım dayandırılıb.

Daha sonra dava parlamentinin foyesində davam edib. VİDEO3
1 dəqiqədən az