XƏBƏRLƏR / Qonşular

Ermənistan və Gürcüstandan Rusiyaya gedən yol bağlanıb

Hazırda yolda 3000-dən çox yük və minik avtomobilinin dayandığı bildirilir

Ermənistan və Gürcüstandan Rusiyaya gedən yol bağlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan və Gürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu bütün növ avtomobillər üçün bağlanıb.

    Bu barədə "Sputnik-Georgia" məlumat yayıb.

    Yolun bağlanmasına əlverişsiz hava şəraiti səbəb olub. Əraziyə intensiv qar yağıb, yollar buz bağlayıb.

    Hazırda yolda 3000-dən çox yük və minik avtomobilinin dayandığı bildirilir. Onların böyük əksəriyyəti Ermənistana məxsusdur. Sərhəd-keçid məntəqəsində Türkiyə, Ukrayna, Rusiya, Azərbaycan və Gürcüstana məxsus avtomobillər də var.

    Qeyd edək ki, bu beynəlxalq əhəmiyyətli magistral Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Yolun nə vaxt açılacağı hələlik məlum deyil.