Paşinyan: Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub
Baş nazir bəyan edib ki, Ermənistanda bunu həmişə etiraf ediblər, amma gizli saxlayıblar
Paşinyan Qarabağla bağlı gizli erməni sənədlərini açıqladı
Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub; Ermənistanda bunu həmişə etiraf ediblər, amma gizli saxlayıblar. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
O qeyd edib ki, 1996-cı il Lissabon Zirvə Görüşü ilə bağlı həqiqət gizlədilib, amma indi sənədlər tam dərc olunub və xalq faktları görür.
"Həqiqət niyə gizlədilib? 1996-cı il Lissabon Zirvə Görüşü ilə bağlı həqiqət niyə gizlədilib, amma indi sənədlər tam dərc olunub? Niyə bu sənədlərlə bağlı heç bir hay-küy yoxdur? Hər şey artıq dərc olunduğu üçün və bütün həqiqət xalqa açıqlandığı üçün heç bir hay-küy yoxdur", - baş nazir bildirib.
1 dəqiqədən az