XƏBƏRLƏR / Qonşular

Azərbaycandan keçməklə İrəvana gübrə və qarabaşaq göndərilib

Bu barədə ADY QSC-dən məlumat verilib

Azərbaycandan keçməklə İrəvana gübrə və qarabaşaq göndərilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərilib.

    Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana ümumi çəkisi təxminən 339 ton olan gübrə ilə dolu 4 vaqon və qarabaşaq yarması ilə dolu 1 vaqon göndərilib.

    Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar göndərilir.