Azərbaycan dörd iranlı məhbusu ölkəsinə təhvil verib
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb

İran və Azərbaycan arasında məhkumların ekstradisiyası razılaşmasının icrası istiqamətində 4 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bildirilir ki, dörd İran vətəndaşı Gilan əyalətinin Baş Həbsxanalar İdarəsinə təhvil verilib.
Məlumata görə, ekstradisiya “Məhbusların təhvil verilməsi haqqında” saziş çərçivəsində baş tutub.
Məhbuslar sazişin icrasında qeydə alınan üç illik fasilədən sonra ekstradisiya olunublar.