Samvel Karapetyan ev dustaqlığına buraxılacaq
Bu barədə onun vəkili Armen Feroyan bildirib
Ermənistanda məhkəmənin qərarı ilə həbs edilən iş adamı Samvel Karapetyan ev dustaqlığına buraxılacaq.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə onun vəkili Armen Feroyan bildirib.
O, həmçinin qeyd edib ki, iş adamı barədə qərar girov müqabilində dəyişdirilir.
Xatırladaq ki, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan 2025-ci ilin iyun ayında ruhanilərlə hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədiyinə görə həbs olunmuşdu. Karapetyan hökumətin hərəkətlərini siyasi təzyiq adlandıraraq ittihamları rədd etmişdi. Kilsəni dəstəkləyən açıqlamasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan sosial mediada ruhanilər və xeyriyyəçilər haqqında bir sıra təhqiramiz şərhlər paylaşaraq geniş ictimai etirazlara səbəb olmuşdu. Daha sonra iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü maddələri ilə yeni ittihamlar irəli sürüldü: "vəzifəli və ya rəsmi səlahiyyətlərdən və ya onlara əsaslanan təsirdən istifadə edərək xüsusilə külli miqdarda çirkli pulların yuyulması".
1 dəqiqə