XƏBƏRLƏR / Qonşular

Azərbaycanla Ermənistan arasında sülh son dərəcə vacibdir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bunu TRT World-ə müsahibədə deyib

Azərbaycanla Ermənistan arasında sülh son dərəcə vacibdir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın Baş naziri İrakli Kobaxidze TRT World-ə verdiyi müsahibədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin son dərəcə vacib olduğunu bildirib.

    O qeyd edib ki, Gürcüstan son 35 ildə regionda sülhün bərqərar olmasında mühüm rol oynayıb.

    Kobaxidze əlavə edib ki, "Gürcüstan həm Ermənistan, həm də Azərbaycan üçün mühüm rol oynamağa davam edir".