İrandakı etirazlarda ölənlərin sayı 462-yə çatıb
Aksiyalar zamanı 18 206 nəfər həbs olunub
İranda keçirilən etiraz aksiyalarında 462 nəfər həlak olub. Bu barədə İran Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb. Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən aşağıdır. Aksiyalar zamanı 18 206 nəfər həbs olunub. Onlardan 3492 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 583 nəfər tələbədir. Ümumilikdə nümayişlərə 143 universitetin tələbələri qoşulub. Məlumata görə, ölkənin 157 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 61 nümayəndəsi öldürülüb.