Ermənistanda polis hökumət binasını mühasirəyə alıb
Əraziyə xüsusi təyinatlılar cəlb olunub
Bu gün səhər saatlarından “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları İrəvanda hökumət binasının qarşısında toplaşmağa başlayıb.
Ermənistan mediası xəbər verir ki, polis binanı mühasirəyə alıb, əraziyə xüsusi təyinatlılar cəlb olunub.
Hökumət Evinə aparan yollar bağlanıb.