Delimitasiya komissiyaları sərhəddə görüşəcək
Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın Aparatı məlumat yayıb
![Delimitasiya komissiyaları sərhəddə görüşəcək](/uploads/images/2025/01/rs/image_750x_677e3488c968c-750-1080-resize.webp)
Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların görüşü keçiriləcək.
Erməni KİV-ləri xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Aparatı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, konkret tarix barədə hələlik razılıq əldə olunmayıb.