Ceyhun Bayramov Türkiyənin millət vəkili Destici ilə görüşüb
Böyük Birlik Partiyasının sədri Azərbaycanda səfərdədir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin millət vəkili və Böyük Birlik Partiyasının sədri Mustafa Destici ilə görüşüb.
Görüş zamanı tərəflər regional təhlükəsizlik, bölgədəki münaqişədən sonrakı vəziyyət, azad edilmiş ərazilərdə yenidənqurma və tikinti işləri, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Türk Dövlətləri Təşkilatı çərçivəsində prioritetlər barədə fikir mübadiləsi aparıblar.
1 dəqiqədən az