XƏBƏRLƏR / Qonşular

Paşinyanın partiyası əyalət seçkisində qalib gəldi

Vaqarşapat Ağsaqqallar şurasına seçkilərinin nəticələrinə görə, hakim Vətəndaş Müqaviləsi Partiyası liderlik edir

Paşinyanın partiyası əyalət seçkisində qalib gəldi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Mərkəzi Seçki Komissiyası Vaqarşapat seçkilərinin ilkin nəticələrini açıqlayıb: 47 seçki məntəqəsinin hamısından səslər sayılandan sonra hakim Vətəndaş Müqaviləsi Partiyası liderlik edir.

    Komissiyanın məlumatları Beynəlxalq Parlamentarizm Mərkəzinin əvvəllər dərc etdiyi nəticələrlə demək olar ki, eynidir.

    Hakim partiya səslərin 48,6%-ni qazanaraq, Ağsaqqallar icma şurasında çoxluq və hökuməti təkbaşına formalaşdırmaq imkanı əldə edib. "Qələbə" bloku ikinci (31,8%), "Ana Ermənistan" isə üçüncü (5,4%) olub.

    Seçkilərin nəticələrindən sonra Ermənistandakı hakim partiya koalisiya olmadan Vaqarşapat Ağsaqqallar Şurasını (mənəvi mərkəzi Eçmiədzində olmaqla) yarada bildi.

    İlkin hesablamalara görə, Şuradakı 33 yer aşağıdakı kimi bölüşdürülüb: hakim Vətəndaş Müqaviləsi partiyası 19 mandat, Qələbə bloku 12 mandat və Ana Ermənistan iki mandat alacaq.

    Qeyd edək ki, bu dairədə erməni katalikosu II Qaregin də səs verib. 

    Baş nazir Nikol Paşinyan Vətəndaş Müqaviləsi partiyasının Vaqarşapat seçkilərindəki qələbəsini Müqəddəs Eçmiədzinin Ana Taxt-tacını Bütün Ermənilərin Katolikosu II Qaregindən azad etmək "planının" həyata keçirilməsi üçün "əhəmiyyətli təkan" adlandırıb.

    Onun sözlərinə görə, seçicilər öz səsləri ilə "ən müqəddəs yerin - Müqəddəs Eçmiədzinin Ana Taxt-tacının katolikosdan azad edilməsi prosesinə ciddi təkan veriblər". Paşinyan bunu sosial mediada yazıb.