XƏBƏRLƏR / Qonşular

Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov vəfat edib

Bu barədə Rusiya KİV-i xəbər verib

Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov dünyasını dəyişib.

    Rusiya KİV-i xəbər verir ki, onun ölümü barədə fəxri prezidenti olduğu "VTB Vahid Liqası" məlumat yayıb. Bu məlumatı Rusiya Hərbi Tarix Cəmiyyəti (RHTC) də təsdiqləyib - İvanov orada qəyyumlar şurasının sədri idi. Onun 73 yaşı var idi.

    Sergey İvanov 2001–2007-ci illərdə Müdafiə Nazirliyinə rəhbərlik edib. Bu vəzifədən getdikdən sonra o, Rusiya hökumət sədrinin birinci müavini və müavini (2007–2011-ci illərdə) postlarını tutub. Daha sonra Prezident Administrasiyasına keçərək 2011–2016-cı illərdə bura rəhbərlik edib. 2016-cı ildən 2026-cı ilə qədər isə Rusiya Federasiyası Prezidentinin təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi olub.

    Fevralın 4-də Sergey İvanov bu vəzifədən istefa vermişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, İvanov istefaya getməyi özü istəmişdi.

    Qeyd edək ki, İvanov 2008-ci ildə Dmitri Medvedevlə yanaşı Putini prezident postunda əvəz edəcək potensial namizəd kimi baxılırdı. Sonradan Dmitri Medvedevin namizədliyi təsdiqlənmiş, o, 2008-2012-ci illərdə prezident səlahiyyətlərini icra etmişdi.