Gürcüstanın yeni Baş naziri var
Bu, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının hazırkı sədri İrakli Kobaxidzedir
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının hazırkı sədri İrakli Kobaxidzenin ölkənin baş naziri postuna namizədliyi irəli sürülüb. Kobaxidzenin namizədliyi hakim “Gürcü arzusu” partiyasının fevralın 1-də keçirilən qurultayında irəli sürülüb, Gürcüstan mediası yazır.
İrakli Qaribaşvili istefa verdiyini və hakim partiyanın sədri olmaq niyyətini elan etdikdən sonra Gürcüstan hökumətinin başçısının kreslosu boş qalıb. Beləliklə, İrakli Qaribaşvili və İrakli Kobaxidze faktiki olaraq öz mövqelərini dəyişdilər.