İran qonşu ölkələrdən su idxal etməyi planlaşdırır
Bunu ölkənin energetika naziri Abbas Əliabadi deyib FOTO
İran qonşu ölkələrdən su idxal etməyi planlaşdırır.
İranın energetika naziri Abbas Əliabadi ölkədəki geniş yayılmış quraqlıq səbəbindən qonşu ölkələrdən su almaq niyyətində olduğunu jurnalistlərə açıqlayıb.

"Əgər münasib qiymətə su satmaq istəyən bir ölkə varsa, biz onu alacağıq", - deyə o qeyd edib.
Konkret ölkələrin adı çəkilməyib.
Qeyd edək ki, İran şiddətli quraqlıq və su böhranı yaşayır. 2025-ci ilin mart ayında Prezident Məsud Pezeşkian ölkənin quraqlıq və həddindən artıq su istehlakı səbəbindən su böhranı ilə üzləşdiyini bildirmişdi.
1 dəqiqədən az