XƏBƏRLƏR / Qonşular

İranda 1 dollar 2 milyon 590 min riala satılır

Bir illik dövr ərzində dolların İran rialı qarşısında məzənnəsi təxminən 125 faiz artıb

İranda 1 dollar 2 milyon 590 min riala satılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranda dolların məzənnəsi rekord həddə yüksəlib.

    İranda qara bazarda dolların məzənnəsi bu gün təxminən 1,5 faiz artaraq 258 min 900 tümənədək (2 mln 590 min rial) yüksəlib.

    ABŞ dolları İran rialı qarşısında son bir həftə ərzində 10 faizdən çox, son bir ayda 20 faizdən çox, müharibə başlayandan bəri isə təxminən 64 faiz sıçrayış edib.

    Bir illik dövr ərzində də dolların İran rialı qarşısında məzənnəsi təxminən 125 faiz artıb.