XƏBƏRLƏR / Qonşular

Ermənistan Sünik yolunu 3-cü ölkəyə vermək niyyətində deyil

Bunu Zəngəzur dəhlizi haqda Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib

Ermənistan Sünik yolunu 3-cü ölkəyə vermək niyyətində deyil
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan: Ermənistan Sünik bölgəsindən keçən yola nəzarəti ABŞ və ya üçüncü ölkəyə vermək niyyətində deyil:

    •  Nəqliyyat marşrutlarının açılması yalnız Ermənistanın yurisdiksiyasına tam riayət olunduğu halda mümkündür.
    • Ermənistan qanunvericiliyinə görə, torpaq sahələri yalnız kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilə bilər.
    • Amerika səfirinin səsləndirdiyi təklif hüquqi normalara uyğun gəlmir və həyata keçirilə bilməz.

    O, ABŞ-ın Türkiyədəki səfirinin Vaşinqtonun “Ermənistan ərazisinin Azərbaycan və onun Naxçıvandakı Türkiyə ilə həmsərhəd anklavını birləşdirən hissəsini 100 il müddətinə icarəyə verməyə hazırdır” bəyanatını şərh edib.