XƏBƏRLƏR / Qonşular

Ermənistan Zəngəzur dəhlizinin tikintisinə razıdır?

Bu 3+3 platformasının iclasında çıxış edən Ermənistan XİN rəhbəri Mirzoyanın nitqindən aydın olur

Ermənistan Zəngəzur dəhlizinin tikintisinə razıdır?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan xarici işlər nazırı Ararat Mirzoyan 3+3 platformasının iclasındakı çıxışında reqional kommunikasiaların açılmasından danışıb:

    "Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələblərin birgə qiymətləndirilməsi barədə artıq razılığa gəliblər...

    Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun istismarı, Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsi ilə yanaşı, dərhal Fars körfəzi, Qara dəniz, Xəzər dənizi və Aralıq dənizi arasında səmərəli əlaqəni təmin edəcək.

    Bu baxışı nəzərə alaraq, hamınızın bildiyi kimi, biz Azərbaycana hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına tam hörmət etməklə, dəmir yolu infrastrukturumuzun yenidən qurulması, sərhəd keçidlərinin və gömrük prosedurlarının sadələşdirilməsi, bəzi əlavə təhlükəsizlik mexanizmlərinin təmin edilməsi üçün şərtlər təklif etmişik".