XƏBƏRLƏR / Qonşular

"Əhalinin əksəriyyəti övladını hərbi xidmətdən yayındırır"

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib

"Əhalinin əksəriyyəti övladını hərbi xidmətdən yayındırır"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan əhalisinin mütləq əksəriyyəti övladını hərbi xidmətdən yayındırmaq istəyir.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib.

    O bildirib ki, bu amil ailə planlaşdırılması məsələsinə ciddi şəkildə təsir göstərir.

    “Bunun səbəbi odur ki, insan öz övladını hərbi xidmətə göndərməmək haqqında düşünür. Digər problem isə 4 oğlu olan vətəndaşın bu fikrə düşməsindədir”, – Paşinyan fikirlərini tamamlayıb.