XƏBƏRLƏR / Qonşular

Ermənistanda seçkilərdən sonra da tuthatut davam edir

Bu barədə Ermənistan mediası xəbər yayıb

Ermənistanda seçkilərdən sonra da tuthatut davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Parlament seçkilərindən sonra Ermənistanda müxalifət nümayəndələrinin həbsi davam edir.

    Məhkəmə Köçəryanın "Ermənistan" blokundan Ruslan Barseqyan və Karapetyanın "Güclü Ermənistan"ından Aşot Yegiazaryanı həbsdə saxladı.

    Digər "Ermənistan" blokunun namizədi Asatur Köçəryana daha yüngül qətimkan tədbiri - ev dustaqlığı verildi.

    Müstəntiqlərin sözlərinə görə, hər üçü son seçki kampaniyası zamanı seçicilərə rüşvət verməkdə ittiham olunur.