Ermənistan-Türkiyə sərhədində buraxılış məntəqəsi qurulur
Bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan bildirib
Ermənistan-Türkiyə sərhədində Marqara körpüsündə buraxılış məntəqəsinin quraşdırılması üzrə işlər aparılır. Bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan bildirib.
“İndi biz digər dövlət qurumları ilə birlikdə yekun qərar qəbul olunarsa, bu sərhəd-keçid məntəqəsinin ən qısa zamanda fəaliyyətə başlamasını təmin etməyə hazırlaşırıq. İndi biz orada gömrük prosedurlarının maneəsiz tətbiqi üçün hazırlıq işləri görürük”.