Paşinyan təyyarələr üçün Türkiyə səmasının qapanması barədə
Türkiyə İrəvanda “Nemesis”ə abidənin qoyulmasına görə Ermənistan təyyarələri üçün hava məkanını bağlayıb
 
                                Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərək "Türkiyənin Ermənistan təyyarələri üçün hava məkanını bağlaması Ankaranın yox, İrəvanın problemidir" deyib.
"Nəqliyyat marşrutlarını bağlayanların belə problemi yoxdur", Nikol Paşinyan parlamentdə deyib. O hesab edir ki, ucaldılan abidələr də ölkələr arasında münasibətlərə təsir göstərir.
"İndi Ermənistan strateji seçim qarşısındadır və bu, sosial-psixoloji sahədə dəyişikliklər olmadan mümkün deyil. “Nemesis”ə abidənin qoyulmasına gəlincə, o zaman bu ideya müzakirə olunanda, imtina ediləcəyi təqdirdə hakimiyyətin xəyanətdə ittiham olunacağı qorxusu var idi" - deyə Paşinyan etiraf edib.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            