Gürcüstanın "Boz kardinalı" Prezident ola bilər
Müxalif “Pirveli” telekanalı Bidzina İvanişvilinin 2024-cü ilin sonunda Gürcüstanın prezidenti seçilə biləcəyini xəbər verir
İvanişvili Gürcüstan Prezidenti ola bilər:
Müxalif “Pirveli” (Birinci) telekanalı xəbər verir ki, siyasətə qayıdan və “Gürcü arzusu”nun fəxri sədri olmuş milyarder və xeyriyyəçi Bidzina İvanişvili 2024-cü ilin sonunda Gürcüstanın prezidenti seçilə bilər.
“Bidzina İvanişvili üçün hadisələrin bu cür inkişafı o deməkdir ki, o, növbəti beş il ərzində ciddi siyasi toxunulmazlıq əldə edəcək”, - milyarderin keçmiş müşaviri, politoloq Gia Xuxaşvili bildirib.