Ərdoğan Azərbaycan-Türkiyə-Türkmənistan sazişini imzaladı
Ticarət-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası sazişin təsdiq edilməsi haqqında fərman imzalanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında” hökumətlərarası sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Üç ölkə aşağıdakı sahələrdə uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər: mal və xidmət ticarəti, enerji, kənd təsərrüfatı, ərzaq və heyvandarlıq, tikinti sektoru, o cümlədən maşın, avadanlıq və materialların istehsalı, maşınqayırma və nəqliyyat vasitələri istehsalı, kimya və tekstil sənayesi, nəqliyyat və logistika, maliyyə sektoru və investisiyalar. Bundan əlavə, saziş Azərbaycan, Türkiyə və Türkmənistan arasında tibbi xidmətlər və texnologiyalar, əczaçılıq sənayesi, turizm, kiçik və orta biznesin, kompüterlərin, informasiya və rabitənin inkişafı sahəsində uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.