XƏBƏRLƏR / Qonşular

İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib

Azərbaycan Prezidentini Gürcüstanın baş nazirinin müavini Levan Davitaşvili qarşılayıb

İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfərə gəlib.

    Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Şota Rustaveli Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidentini Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər rəsmi şəxslər qarşılayıblar.