XƏBƏRLƏR / Qonşular

Ermənilər 44 günlük savaşda itkiləri sayıb qurtara bilmirlər

Prezident Vaaqn Xaçaturyanın Praqada verdiyi bəyanat Ermənistanda qalmaqala səbəb olub

Ermənilər 44 günlük savaşda itkiləri sayıb qurtara bilmirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində 3755 hərbçi və 78 mülki şəxs olmaqla 3833 nəfər həlak olub. 172 hərbçi və 19 mülki şəxs olmaqla 191 nəfərin harada olduğu məlum deyil.

    Bu məlumatı növbəti dəfə Ermənistan Respublikasının İstintaq Komitəsi yayıb.

    Xatırladaq ki, Praqadakı CEVRO Universitetinə səfəri zamanı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 44 günlük müharibədə ölənlərin sayını 4800 nəfər olaraq açıqlayıb.