XƏBƏRLƏR / Qonşular

Paşinyan: Ordumuzu ilahiləşdirdik və nəyə nail olduq?

Bunu baş nazir “iGorts” proqramının iştirakçıları ilə görüşündə deyib

Paşinyan: Ordumuzu ilahiləşdirdik və nəyə nail olduq?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Ermənistan qarşısında şam yandıran ikona kimi deyil, öz müsbət və mənfi cəhətləri olan, bəzi yerlərdə sevilə bilən, bəzi yerlərdə isə cəlbedici olmayan “canlı orqanizm” kimi qəbul edilməlidir".

    Bunu baş nazir Nikol Paşinyan Ermənistanın dövlət orqanlarına diaspor mütəxəssislərinin cəlb edilməsi üzrə “iGorts” proqramının iştirakçıları ilə görüşündə deyib.

    “Hər şeyi ilahiləşdirmək bizim təbiətimizdədir. Biz də dövləti ilahiləşdiririk. Problem ondadır ki, biz özümüzü dövlətimizi yaxşılaşdırmaq imkanından məhrum edirik. Biz özümüzü dövlətin insanların həyatını yaxşılaşdırmaq üçün alət olması düşüncəsindən məhrum edirik. Ordumuzu ilahiləşdirdik və nəyə nail olduq? 2020-ci ildə və ondan sonra gördüklərimiz ordumuzun ilahiləşdirilməsi səbəbindən baş verdi. Dedilər: sakit ol, pis heç nə deyə bilməzsən, ordu başqa orqanizmdir, buna pis söz deyə bilməzsən. Amma eyni zamanda, biz hamımız daxildə nə baş verdiyini bilirdik...”- deyə Paşinyan bildirib.