Türkiyədə 1 dolların qiyməti artıq 30 TL-ni ötdü
Türkiyə lirəsi (TL) xarici valyutalar qarşısında tarixi minimumu yeniləməkdə davam edir
Türkiyədə dollar yanvarın 11-də 30,01 TL, avro isə 33,08 TL səviyyəsini test edib. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 3,5%, son 6 ayda isə 15% bahalaşıb. Avroda isə müvafiq olaraq 5,8% və 15% bahalaşma müşahidə edilib.
Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 29.91 TL, satış üzrə 29.96 TL müəyyən edib.
Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının yanvarın 11-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0567 manata ticarət edilir.