XƏBƏRLƏR / Qonşular

Tehran və İrəvan arasında memorandum imzalandı

Tərəflər gələn il böyük turist mitinqinin keçirilməsi barədə razılığa gəliblər

Tehran və İrəvan arasında memorandum imzalandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan və İran Avtomobil Federasiyaları tərəfindən əməkdaşlıq memorandumu imzalanıb.

    "Sputnik Armenia" xəbər verir ki, bu, erməni avtomobil sürücülərinin İrana səyahətini asanlaşdıracaq.

    Ermənistan Avtomobil Federasiyasının rəhbəri Arsen Manukyan bildirib ki, indi onlar ölkəni gəzmək üçün gömrükdə xeyli depozit qoyurlar.

    Tərəflər gələn il böyük turist mitinqinin keçirilməsi barədə razılığa gəliblər.