Gürcüstan sərhədlərə nəzarəti gücləndirir
Salome Zurabişvili bu barədə Twitter paylaşımında bildirib
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar ölkənin sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.
Salome Zurabişvili bu barədə Twitter paylaşımında bildirib. O, Rusiyada baş verən hadisələrin yaxından monitorinq edildiyini qeyd edib.
"Mümkün yeni miqrasiya dalğaları səbəbilə bizim sərhədlərimizə ciddi nəzarət edilməlidir",- Zurabişvili əlavə edib.