XƏBƏRLƏR / Qonşular

Bakıda Azərbaycan-İran ortaq layihələri müzakirə edilir

İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqi Bakıda səfərdədir

Bakıda Azərbaycan-İran ortaq layihələri müzakirə edilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevlə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi arasında geniş tərkibdə görüş keçirilir.

    Görüşdə ikitərəfli nəqliyyat, gömrük, su, energetika, neft-qaz və ticarət sahələrində ortaq layihələrin cari vəziyyəti müzakirə ediləcək.