Özgür Özəl yenidən CHP sədri seçildi
Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçirilir

15:58
Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçirilir.
Qurultayda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna seçki olub.
Özgür Özəl yenidən CHP sədri seçilib.
***
15:30
Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayında sədr postuna yeganə namizəd olacaq.
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna namizəd olacağını açıqlayan sabiq millət vəkili Berhan Şimşek qurultay nümayəndələrindən topladığı imzaları gec təqdim etdiyi üçün namizəd olmayıb.
Bundan əvvəl Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal namizədliyini geri götürüb.
Beləliklə, bu posta yeganə namizəd partiyanın hazırkı sədri Özgür Özəl olacaq.