XƏBƏRLƏR / Qonşular

Xameneinin ofisi onun vəziyyəti ilə bağlı açıqlama yayıb

Ali Rəhbərin ofisinin protokol rəhbəri Məzahir Hüseyni açıqlayır

Xameneinin ofisi onun vəziyyəti ilə bağlı açıqlama yayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “ABŞ və İsrailin hava hücumlarında yaralanan İranın Ali Rəhbəri Müctəba Xamenei sağalmaqdadır”.

    Bunu Ali Rəhbərin ofisinin protokol rəhbəri Məzahir Hüseyni açıqlayıb.

    O, Xameneinin partlayış dalğasına düşüb yıxılaraq yüngül yaralandığını deyib.

    "Nəticədə, o, dizindən və belindən yüngül xəsarətlər alıb, həmçinin qulağının arxasından kiçik bir kəsik yarası alıb. Bel zədəsi zamanla sağalıb, dizi tezliklə sağalacaq və o, tam sağlamdır", - o bildirib.