XƏBƏRLƏR / Qonşular

İranda terror aktı törədilib, 4 nəfər həlak olub VİDEO

Bu barədə IRNA agentliyi xəbər verir

İranda terror aktı törədilib, 4 nəfər həlak olub VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Fars vilayətinin Şiraz şəhərində Şah- Çərəq məbədində terror aktı törədilib.

    İki silahlı Şah-Çərəq ziyarətgahına daxil olmaq istəsə də, ziyarətgahdakı təhlükəsizlik qüvvələrinin müqaviməti ilə üzləşib.

    Silahlılar məqbərənin girişində olanlara atəş açmağa başlayıblar. Nəticədə azı 4 nəfər həlak olub.

    Terrorçulardan birinin cinayət yerində öldürüldüyü, digərinin isə hələ də azadlıqda olduğu bildirilir.

    Qeyd edək ki, ötən il oktyabr 26-da eyni ibadət yerində terror aktı baş verib, 13 nəfər həlak olub.